BDU-da tələbələrin liftdə qalması ilə bağlı universitetdən AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bakı Dövlət Universiteti qış semestr imtahanı zamanı tələbələrin liftdə qalması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

BDU-nun mətbuat xidmətindən  bildirilib ki, yayılan videogörüntülər yeni deyil:

“İstənilən yaşayış binası və ya müəssisədə olan texnikada müvəqqəti nasazlıq yarana bilər. Belə hal olan kimi dərhal aradan qaldırılır”.

16:01

Bakı Dövlət Universitetində qış semestr imtahanı zamanı tələbələr liftdə qalıblar.

Bu barədə “Facebook”dakı “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

“Bakı Dövlət Universitetində imtahana gedən tələbələr liftdə qalıblar”, – deyə məlumatda bildirilib.

Gununsesi.info