“Beşiktaş”ın yeni transfer hədəfi məlum oldu

  • By Mina
  • 17 Aprel 2024 12:06

Super Liqada çıxış edən  “Beşiktaş” klubu yeni mövsüm üçün transfer çalışmalarına start verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Boka Xuniors”da forma geyinən Nikolas Valentini heyətinə cəlb etmək istəyir.

Dekabrda müqaviləsi başa çatacaq gənc futbolçunun komandadan ayrılmasına müsbət baxdığı və karyerasını Avropada davam etdirmək istədiyi bildirilir.

Qeyd edək ki, bu mövsüm komandası ilə 9 oyuna çıxan Valentini 1 qol vurub.

Mina

Gununsesi.info