Bir gecədə məhv edilən şəhərin ağrılı hekayəsi: Dünya belə qəddarlıq görməyib - VİDEO

  • By admin
  • 24 Fevral 2023 21:08

Azərbaycan Televiziyası ilk dəfə işğaldan azad olunduqdan sonra Xocalının ən yaxın görüntülərini lentə alıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, kadrlar “Ağrılı ümidlər: Xocalı hekayəsi” adlı filmdə nümayiş olunacaq.

Gununsesi.info xəbər verir ki, çəkiliş qrupu Xocalı faciəsi zamanı lentə alınmış real kadrların izi ilə araşdırma aparıb, indiyədək gedilməyən nöqtələrdən çəkilişlər edib.

Filmin baş qəhrəmanı o günlərdə Ağdam məscidinin qarşısında belə bir fikir səsləndirib:

“Ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, Xocalı faciəsi baş verməyəcəkdi”.

Adi bir gəncin o vaxt cəsarətlə səsləndirdiyi bu fikir filmin leytmotivini təşkil edir.

Filmin ssenaristi Afaq Vasifqızı, rejissoru Rəna Yunisli, operatoru isə Elşad Bədəlovdur. Layihənin rəhbəri Elnur Məmmədovdur.

“Ağrılı ümidlər: Xocalı hekayəsi” filmi 26 fevral saat 22:00-da AzTV-də yayımlanacaq.

Filmin anonsunu təqdim edirik:

Gununsesi.info