Britaniyanın xarici işlər və maliyyə nazirləri onlar oldu

  • Müəllif: Orxan
  • 20 İyul 2026 23:25

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnem keçmiş Energetika naziri Ed Milibandı ölkənin xarici işlər naziri vəzifəsinə təyin edib.

Gununsesi.info xəbər verir ki, Baş nazirin ofisi bu qərarı “X” sosial şəbəkə platformasında elan edib.

Paylaşımda “Ed Miliband Xarici İşlər naziri təyin edilib”, ifadəsi yer alıb.

Böyük Britaniyanın keçmiş Müdafiə naziri Con Hili isə maliyyə naziri vəzifəsinə təyin olunub.

Gununsesi.info