Bu axşamdan HAVA DƏYİŞİR: 4 şəhərdə sel təhlükəsi - XƏBƏRDARLIQ EDİLDİ

  • By admin
  • 21 Avqust 2021 12:00

Bu axşam Türkiyənin Qaradəniz bölgəsində daha dörd şəhərə sel gələcəyi ilə bağlı yerli Hava Bürosu əhaliyə xəbərdarlıq edib.

Gununsesi.info “Sözcü”yə istinadla xəbər verir ki, qardaş ölkənin Trabzon, Artvin, Ərdahan, Giresun və Rize bölgələrində sel təhlükəsi yaranıb. Verilən məlumata görə, bu axşam hava dəyişəcək və sel təhlükəsinin olması çox yüksəkdir.

Türkiyənin Milli Hidrometriologiya və Hava Bürosu əhalini diqqətli olmağa çağırıb.

Gununsesi.info