Bu gün 22-ci əsrdə yaçayacaq 370 min uşaq dünyaya gələcək

  • By admin
  • 01 Yanvar 2021 15:09

Yeni ilin ilk günü dünyada 370 mindən çox uşaq dünyaya gələcək.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Təcili Yardım Fondu – UNICEF) hesabatında deyilir .

“Əldə etdiyimiz məlumatlara görə, dünyada ilk Yeni il günündə 370 mindən çox uşaq dünyaya gələcək. Onların orta ömür uzunluğu 84 il olacaq”, – hesabatda bildirilir.

Bu il ərzində ən çox yeni vətəndaşa sahib olacaq ölkə Hindistandır. Burada təkcə 1 yanvarda 60 min körpənin dünyaya gəlməsi gözlənilir. Ən yüksək doğum nisbəti olan digər ölkələrə Çin, Nigeriya, Pakistan və İndoneziya daxildir.

Gununsesi.info