Bu il rekord sayda şagird bilik yarışına qatılıb

  • Müəllif: Firuzə
  • 28 Noyabr 2025 13:50

Bu il ilk dəfə olaraq rekord sayda – 350 minə yaxın – şagird bilik yarışına qatılıb.

Gununsesi.info xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

E.Bağırov qeyd edib ki, 2017-ci ildən etibarən Azərbaycan məktəblərində rəqəmsal bacarıqlar layihəsi icra olunur: “İlk dəfədir ki, bu miqyasda iştirakçılıq təmin olunub və bu gün artıq bu yarış nəticəsində qalib olan və yüksələn şagirdlərimiz bu məkanda öz bacarıqlarını sınayırlar”, – o bildirib.

Direktor qeyd edib ki, yekunda 30 nəfər şagird qalib olacaq və mükafatlandırılacaqlar.

 

Gununsesi.info