
Bir müddət əvvəl Baş Prokurorluq tərəfindən həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib.
Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, hərbi ekspertə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.
Onun işi yanlız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.
Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov Gununsesi.info– ya təsdiqləyib.