Çavuşoğlu qırğız və tacik həmkarı ilə telefonla danışdı

  • By admin
  • 01 May 2021 20:31

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qırğız həmkarı Ruslan Kazakbayev və tacik həmkarı Sirocidin Muhriddinlə ayrı-ayrılıqda telefonla danışıb.

Gununsesi.info  Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu həmkarları ilə söhbətində imzalanan atəşkəslə bağlı məmnunluğu dilə gətirib.

Diplomatik mənbələrin məlumatına görə  Çavuşoğlu hər iki həmkarı ilə telefon söhbətində iki qardaş ölkə arasındakı problemin dinc və sülh yolu ilə həllinin ən böyük dilək olduğu və ehtiyac olan dəstəyin veriləcəyini bildirib.

Gununsesi.info