Burak Yılmaz Türkiyə Super Liqasına qayıdır

  • By admin
  • 01 May 2021 19:57

Fransanın “Lill” klubunun türkiyəli hücumçusu Burak Yılmaz növbəti mövsüm İstanbulun “Fənərbaxça” klubunun formasını geyinəcək.

Bu barədə Türkiyənin məşhur “Fotomaç” idman qəzetinin müxbri Ozan Zeybek özünün sosial şəbəkə hesabında məlumat verib.

Qeyd olunur ki, artıq 35 yaşlı futbolçu “Fənərbaxça” rəhbərliyi ilə razılaşmanın ilkin detallarını razılaşdırıb.

Gununsesi.info