Çexiya səfiri Rusiya XİN-ə çağırıldı

  • By admin
  • 18 Aprel 2021 22:37

Çexiyanın Moskvadakı səfiri Vitezslav Pivonka Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, bundan əvvəl Rusiya XİN rusiyalı diplomatların ölkədən göndərilməsinə görə Çexiyanın addımına qarşı müvafiq cavab tədbirləri görəcəyini bəyan etmişdi.

Xatırladaq ki, aprelin 17-də Çexiya 18 rus diplomatı Rusiya kəşfiyyatının üzvü olmaqda və gizli fəaliyyətdə ittiham edərək ölkədən göndərəcəyini elan etmişdi.

Gununsesi.info