Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

  • Müəllif: Firuzə
  • 30 Mart 2026 23:00

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Arakçı Teleqram hesabında məlumat verib.

O qeyd edib ki, telefon söhbətində ikitərəfli münasibətlərlə yanaşı, regiondakı münaqişə də müzakirə edilib.

Gununsesi.info