“COP-29 tədbiri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir” -POLİTOLOQ

Bu il 10-21 noyabr tarixlərində Braziliyanın Beliem şəhərində BMT-nin iqlim dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP-30) 30-cu sessiyası baş tutub.

Tədbir zamanı pavilyonlardan birində yanğın hadisəsi baş verib.

COP-29 çərçivəsində Azərbaycanın təşkil etdiyi tədbir beynəlxalq aləmdə qeyd olunub.

Gununsesi.info-ya danışan politoloq İlyas Hüseynov qeyd edib ki, ölkəmizdə keçirilən COP-29 tədbiri ilə Braziliyada baş tutan COP-30 sessiyasını müqayisə etdikdə, Azərbaycanın tədbirin bütün mərhələlərini – təşkilati, texniki və inzibati məsələləri – böyük uğurla və dəqiqliklə həyata keçirdiyi açıq görünür.

Politoloqun fikrincə, Bakıda keçirilən tədbir həm də nəticələrinə görə fərqlənib və mühüm razılaşmalar əldə olunub.

“Eyni zamanda Azərbaycan, Braziliyada keçirilən COP-30 və Paris iqlim sazişinin müddəllərinə nəzarət prosesində də iştirak edəcək.

Bütün bu göstəricilər Azərbaycanın COP-29 tədbirinə töhfəsini və ölkəmizin bu sahədəki təcrübəsinin beynəlxalq səviyyədə dəyərli olduğunu bir daha təsdiqləyir”,-deyə o əlavə edib.

 

Qeyd edək ki, Reuters-in məlumatına görə, COP-30-a qatılması planlaşdırılan təxminən 50 min iştirakçı yer çatışmazlığı səbəbindən tədbirdə iştirak edə bilməyib.

Yerin azlığı qiymətlərin də kəskin yüksəlməsinə səbəb olub və bir sıra dünya liderləri tədbirdən imtina edib.

 

 

Firuzə Mahmudova

Gununsesi.info