Culfada dəhşətli qəzada polislər həlak oldu

  • Müəllif: Firuzə
  • 12 Sentyabr 2025 10:30

Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, qəzada həyatı itirənlərin dördü də polis əməkdaşı olub.Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir.

 

Gununsesi.info