DƏHŞƏTLİ QƏTL: ailəsi ilə görüşə getdi, sevgilisini və özünü güllələdi - FOTO

  • By admin
  • 16 Sentyabr 2021 09:27

Moldovada eyni vaxta qətl və intihar hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Bildirilib ki, qətl sentyabrın 12-də Hinceşti rayonunun Fundul Galbenei kəndində baş verib.

Qeyd olunur ki, sevdiyi qızın qohumları ilə görüşə gələn gələcək kürəkən arasında mübahisə baş verib.

28 yaşlı Roman Vlasenin üç həftə əvvəl tibb bacısı işləyən 23 yaşlı Ana Fantaziuya evlilik təklifi etdiyi deyilir.

Qız onu valideynləri ilə tanış etmək üçün evə dəvət edib. Mərhumun atasının dediyinə görə, ailə ilə Vlas arasında mübahisə yaranıb, bu zaman oğlan silah çıxarıb onları hədələməyə başlayıb.

Ata kömək üçün evdən çıxıb və bundan sonra iki güllə səsi eşidib.

Hadisə yerinə gələn polislər qızın və onun qatilinin cəsədlərini tapıblar.

Vurğulanıb ki, Roman Ananı öldürdükdən sonra həmin silahla intihar edib.

Gununsesi.info