Dənizə getmək istəyənlərin nəzərinə!

  • Müəllif: Orxan
  • 16 Avqust 2025 13:53

Avqustun 17-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, sabah çimərliklərdə şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Gununsesi.info