Daha 9 ölkə Sülh Şurasının təsisçisi oldu - SİYAHI

  • Müəllif: Orxan
  • 28 Yanvar 2026 14:48

Sülh Şurasının təsisçi üzvlərinin sayı 28-ə çatıb.

Gununsesi.info yeni təşkilatın sosial media hesabına istinadən xəbər verir ki, Albaniya, Belarus, Kamboca, Misir, Salvador, Küveyt, Mərakeş, BƏƏ və Vyetnam yeni təsisçi üzv elan olunub.

Digər 19 üzv: Azərbaycan, Bəhreyn, Mərakeş, Argentina, Ermənistan, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Pakistan, Paraqvay, Qətər, Səudiyyə Ərəbistanı; Türkiyə, ABŞ, Özbəkistan, Monqolustan liderləri 2026-cı il yanvarın 15-də İsveçrənin Davos şəhərində Sülh Şurasının yaradılması mərasimində iştirak etmişdilər.

Gununsesi.info