Deputat Azay Quliyev Şərqi Avropa ölkələrinə səfər edəcək

  • By admin
  • 05 İyun 2022 11:51

Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev quruma üzv bir sıra ölkələrə səfər edəcək.

Deputatımız ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi qismində iyunun 6-dan 8-dək Rumıniyanın Buxarest şəhərində, iyunun 8-dən 9-na kimi Bolqarıstanın Sofiya şəhərində səfərdə olacaq.

Bu ölkələrdə Azay Quliyevin dövlət rəsmiləri və parlament üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər zamanı regiondakı vəziyyət təhlil ediləcək, mövcud durumun qiymətləndirilməsi aparılacaq, müasir çağırışlar fonunda parlament diplomatiyasının rolu diqqət mərkəzində olacaq.

Gununsesi.info