Doğuş “Survivor”dan çıxarıldı

  • Müəllif: Firuzə
  • 09 Fevral 2026 11:51
“TV8″də yayımlanan “Survivor 2026” yarışmasında bu dəfə müğənni Doğuş yarışmadan ayrılıb.

Gununsesi.info    xəbər verir ki, səsvermə nəticəsində kifayət qədər dəstək toplaya bilməyən Doğuş, yarışmada yerini itirib.

Müğənni aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir və onların əkiz oğulları Arda və Arıdır. Xoşqədəm bir müsahibəsində Doğuşun proqramdakı iştirakı səbəbindən uşaqlarının psixoloji olaraq təsirləndiyini vurğulamışdı.

Gununsesi.info