Draqi: PUTİN ƏSLİNDƏ SÜLH İSTƏMİR

  • By admin
  • 18 Mart 2022 01:05

Rusiya Prezidenti Vladimir Putin əslində sülh istəmir və Ukraynada müharibəyə son qoymaq üçün əlavə sanksiyalara ehtiyac ola bilər.

Gununsesi.info  xəbər verir ki, bunu İtaliyanın Baş naziri Mario Draqi deyib.

“Bu gün hamımız sülh axtarırıq, lakin təəssüf ki, prezident Putin sülh istəmir”, – Draqi bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar İtaliyanın özünə də təsir edir, lakin hökumət onları sərtləşdirməyə hazırdır.

Gununsesi.info