Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı

  • By admin
  • 17 May 2021 20:11

İyunda Sinqapurda keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salınıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə qurumun saytında məlumat verilib.

Bildirilib ki, pandemiya ilə bağlı vəziyyət dünyanın müxtəlif ölkələrindən olan iş adamları, hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə qlobal görüşün keçirilməsini mümkünsüz edir.

İclasın 2022-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılır. Məkan və tarix bu ilin sonunda müəyyənləşəcək.

Gununsesi.info