
Türkiyənin İstanbul Şəhər Bələdiyyəsinin və Türkiyə Bələdiyyələr Birliyinin sədri Əkrəm İmamoğlu həbs edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə martın 23-də İstanbul məhkəməsi qərar çıxarıb.
İstanbul Baş Prokurorluğu tərəfindən Əkrəm İmamoğluna qarşı iki ittiham irəli sürülüb, biri korrupsiya, digəri terror təşkilatına yardımla əlaqəlidir. Korrupsiya işində məhkəmə İstanbul Baş Prokurorluğunun təqdimatını qəbul edərək, Əkrəm İmamoğlu barəsində həbs qərarı verib.
Məhkəmə terror işində İstanbul Baş Prokurorluğunun Əkrəm İmamoğlu barəsində təqdimatını qəbul etməyib.
Bələdiyyə sədri martın 19-da saxlanılıb. O, 4 gündür İstanbul Şəhər Baş Prokurorluğunda dindirilirdi. Sonda məhkəmə Ə.İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib.
İstanbul Şəhər Bələdiyyəsinin sədri ittihamları rədd edir.