Təxminən bir il gizləndikdən sonra iyun ayında Ekvadorda yenidən ələ keçirilən dəstə lideri “Fito” mühakimə olunmaq üçün ABŞ-yə ekstradisiya edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ekvadorun ən çox axtarılan narkotik taciri və dəstə lideri Xose Adolfo Macias saxlanıldıqdan təxminən üç həftə sonra ABŞ- yə ekstradisiya edilib. “Fito” kimi də tanınan dəstə lideri həbsxanadan qaçdıqdan təxminən bir il sonra yenidən ələ keçirilib.
CNN İnternational-ın məlumatına görə, Fito bazar günü liman şəhəri Quayaquildəki ən yüksək rejimli həbsxanadan şəhərin hava limanına aparılıb. Dəstə başçısı ekstradisiya prosesini asanlaşdırmaq üçün əvvəllər gəlmiş ABŞ rəsmilərinə təhvil verilib.
Şəhərin aviasiya idarəsinin paylaşdığı məlumata görə, dünən yerli vaxtla saat 12:45 radələrində ABŞ Dövlət Departamentinin təyyarəsi hava limanına eniş edib. Fitonun olduğu təyyarə daha sonra gecə saat 14:00 radələrində şəhəri tərk edib. TC dövlət televiziyası təyyarənin saat 12:30-da eniş etdiyini və 14:12-də yola düşdüyünü bildirib.












