Əmtəə bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıb

  • Müəllif: Admin08
  • 02 Oktyabr 2025 09:50

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

Gununsesi.info birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,15% azalaraq 3,891.70 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,74% azalaraq 47.33 ABŞ dolları olub.

Gununsesi.info