Ən yaşlı olimpiya çempionu öldü

  • By Ayshan
  • 03 Noyabr 2025 23:20

Keçmiş fransalı velosipedçi Şarl Koste 101 yaşında dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, o, yaşayan ən yaşlı Olimpiya çempionu idi.

Bunu “FranceOlympique”nin mətbuat xidməti də təsdiqləyib.

Onun ölüm xəbərini bazar günü “X” pPlatformasında Fransanın idman naziri Marina Ferrari açıqlayıb və Kostenin ötən cümə axşamı dünyasını dəyişdiyini bildirib.

Koste 8 fevral 1924-cü ildə Ollioulesdə anadan olub. 1948-ci il Oyunlarında qızıl medal qazanıb.