Ərdoğanın ABŞ səfəri öncəsi Anar Əlizadənin Türkiyə üçün yaratdığı qalmaqalın sonu necə olacaq?

  • By admin
  • 08 Aprel 2024 16:33

Xaricdə neft satışı ilə məşğul olan Azərbaycan vətəndaşı Anar Əlizadənin başı yenidən qalmaqaldadır. Hər dəfə yeni sensasiyalı olayla gündəmə gələn Anar Əlizadə bu dəfə özüylə yanaşı Türkiyə dövləti üçün də problemlər yaradıb.

Xatırladaq ki, A.Əlizadə ABŞ və Avropanın sanksiyalarına məruz qalan rus oliqarxlarına məxsus yaxtaları Türkiyənin Bodrum Marinasında gizlədib. Onun bu əməli haqqında Böyük Britaniya, Qazaxıstan, Türkiyə, Rusiya və Azərbaycan mediası yazıb.

Bu xəbərin dünya mediasında tirajlanmasının ardından Türkiyənin “Cümhuriyyət” qəzeti Anar Əlizadə ilə bağlı daha bir sensasiyalı material dərc edib. Məqalədə qeyd olunurdu ki, Gəmi Yanacaq Dərnəyinin keçmiş başçısı Ali Dəniz Eraydının İstanbul Anadolu Yakası Terror və Mütəşəkkil Cinayətlər İstintaq Bürosuna etdiyi şikayətdə azərbaycanlı iş adamı Anar Əlizadənin də adı keçir.

Qəzetin yazdığına görə, Ali Dəniz Eraydın Liviyada general Haftarın nəzarəti altında olan ərazilərdən çıxarılması qadağan edilən neftin Maltadan gətirilən məhsul adı ilə ölkə daxilində satıldığını göstərən sənədləri prokurorluğa təqdim edib.

Bodrum Marinasındakı əməllərinə görə Türkiyənin mövcud hakimiyyətinə ciddi problemlər yaradan Anar Əlizadə, Ərdoğan hökumətinin qəzəbinə tuş gələcəyi sirr deyil. Əlizadə vəziyyətdən çıxış yolunu özünə əbədi düşmən saydığı Mübariz Mənsimova qarşı yenidən böhtan, qaralama kampaniyası aparmaqda görür. O, illər əvvəl Maltanın hansısa xəbər portalında dərc edilmiş böhtan xarakterli yazının tarixini yenilətməklə, Azərbaycan mediasına yeni xəbər kimi sırıdır. Halbuki, Maltadakı məhkəmə prosesi bitməyib və sonu da uzun görünür.

Onun azərbaycanlı iş adamına qarşı böhtanla dolu sifarişli yazılarının mürəkkəbi qurumamış, Gəmi Yanacaq Dərnəyinin keçmiş başçısı Ali Dəniz Eraydının İstanbul Anadolu Yakası Terror və Mütəşəkkil Cinayətlər İstintaq Bürosuna etdiyi şikayət gündəmə gəlib.

Ortaya çıxan bu fakt Anar Əlizadənin Bodrumun Yalıkavak Marinası ilə bağlı 2 gün əvvəl bir neçə ölkənin mediasında yazılanları guya Mənsimovun sifariş etməsi barədə iddialarını alt-üst etdi.

Artıq onun cinayət məsuliyyətini cəlb olunması üçün ciddi faktlar Türkiyənin hüquq-mühafizə orqanlarında araşdırılmağa başlanılıb. Anar Əlizadənin işini çətinə salan isə odur ki, son zamanlar Türkiyə hökuməti ABŞ və Avropa ilə yenidən yaxınlaşma kursu götürüb.

Anar Əlizadənin bu həssas məqamda Türkiyə üçün yaratdığı problemin aradan qaldırılması onun həbsi ilə reallaşa bilər.

May ayında Türkiyə Prezidentinin Vaşinqtona səfəri gerçəkləşəcək. Bu səfər ərəfəsində Türkiyədə oturan hansısa iş adamının sanksiya altında olan rus oliqarxlara köməklik etməsi ciddi məsələdir.

Bu faktlar həm də Anar Əlizadənin də ABŞ və Avropanın sanksiyalarına məruz qalacağından xəbər verir.

Ərdoğanın səfəri öncəsi Anar Əlizadənin hüquqi məsuliyyətə cəlb olunması real görünür.

 

 

 

Elmar

Gununsesi.info