Ərinin məzarını ziyarətə getdi, elə orda da öldü

  • Müəllif: Orxan
  • 02 May 2026 13:45

Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info xəbər verir ki, Bakı şəhərində yaşayan 1961-ci il təvəllüdlü Nazilə Qasımova rayonun Yuxarı Öysüzlü kəndində həyat yoldaşının vəfatının ildönümü ilə bağlı məzarını ziyarət etməyə gedib.

Bu zaman qadın qəbiristanlıqda yıxılıb. 65 yaşlı N.Qasımova xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb. (qafqazinfo)

 

Gununsesi.info