Ermənistan XİN-nə bu şəxs rəhbərlik edəcək

  • By admin
  • 15 İyul 2021 22:23

Ermənistanda xarici işlər nazirinin səlahiyyətləri nazirin birinci müavini Armen Qriqoryana keçib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” ölkə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Bugünlərdə Armen Qriqoryan Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan tərəfindən Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilərək, XİN rəhbərinin birinci müavini təyin edilib. Diplomatik xidmət haqqında qanunun tələblərinə uyğun olaraq, bundan sonra Ermənistanın xarici işlər naziri vəzifəsini məhz Qriqoryan yerinə yetirəcək.

 

Qeyd edək ki, mayın 27-də Ara Ayvazyanın istefasından sonra ölkənin baş diplomatının səlahiyyətlərini XİN başçısının müavini Armen Gevondyan icra edib.