Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər başlayıb

  • Müəllif: Firuzə
  • 12 Avqust 2025 16:18

Ermənistanda ABŞ ilə birgə “Eagle Partner 2025” hərbi təlimləri başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Təlimin açılış mərasimində Ermənistan müdafiə nazirinin birinci müavini general-leytenant Edvard Asryan, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn və digər yüksəkvəzifəli hərbçilər iştirak edib.

Qeyd edək ki, avqustun 12-dən 20-nə qədər davam edəcək təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının hərbçiləri, ABŞ-nin Avropa və Afrikadakı Quru qoşunlarının, eləcə də Kanzas ştatının Milli Qvardiyasının hərbçiləri iştirak edir.

Gununsesi.info