24 noyabr 2025-ci il tarixindən 31 yanvar 2026-cı il tarixinə qədər Ermənistanda qış çağırışı və tərxis dövrü elan ediləcək.
Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, məcburi hərbi xidmət və alternativ xidmət üçün qış çağırışı 2025-ci il dekabrın 31-də və ya daha əvvəl 18 yaşı tamam olan kişi vətəndaşlar, eləcə də əvvəllər verilmiş məcburi hərbi xidmətdən möhlət müddəti bitənlər üçün elan ediləcək.
2025-ci ilin qış çağırışının bir hissəsi olaraq, qanunla müəyyən edilmiş müddətlərdə məcburi hərbi xidməti və ya alternativ hərbi xidməti başa vuran hərbi qulluqçular 31 yanvar 2026-cı il tarixinədək ordudan tərxis olunacaqlar.
Müəyyən edilmiş müddətdə alternativ əmək xidmətini başa vuran şəxsi heyət alternativ əmək xidmətindən azad ediləcək.











