Ermənistanda daha bir nazir qovulacaq

  • By admin
  • 24 Noyabr 2020 11:09

Ermənistan Ədliyyə Nazirliyinin rəhbəri Rüstəm Badasyan vəzifəsindən qovulacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Qraparak” erməni nəşri məlumat yayıb.

Министр юстиции Армении Рустам Бадасян после третйего форума армяно-грузинского юридического сотрудничества (9 декабря 2019). Еревaн

Bildirilib ki, boş qalacaq posta artıq namizədlərin adı müəyyənləşib: “Ermənistan polisinin keçmiş rəis müavini Ovannes Köçəryan nazir vəzifəsinə namizədlər arasında idi, lakin o, bu təklifi rədd etdi. Hazırda iki qadın namizəd – keçmiş ədliyyə nazirinin müavini, indiki baş nazirin müşaviri Anna Vardapetyan və hazırkı nazir müavini Kristina Qriqoryan arasında seçim edilir”.

Qeyd edək ki, Rüstəm Badasyan 19 iyun 2019-cu il tarixində Ermənistanın ədliyyə naziri təyin edilmişdi.

Məlumat üçün bildirək ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə qalmaq üçün hökumət tərkibini 80% dəyişmək niyyətindədir. Bu çərçivədə artıq bir neçə nazir və onların müavinləri vəzifələrindən qovulub.

Gununsesi.info