Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı 1 530-a çatır

  • By admin
  • 06 Aprel 2021 23:03

Ermənilərin ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçiləri ilə bağlı bugünkü axtarışları nəticəsiz qalıb.

Gununsesi.info  Ermənistan mediasına istinadən xəbər verir.

Məlumata görə  bu gün bəzi ərazilərdə aparılan axtarışlar zamanı heç bir erməni hərbçinin meyiti tapılmayıb. Bununla belə, Ermənistan mətbuatı noyabrın 13-dən bu günə kimi ikinci Qarabağ müharibəsində əvvəllər itkin düşdüyü hesab edilən 1 529 hərbçinin meyitinin tapıldığını xəbər verib.

Qeyd edilir ki, axtarışlar sabah Cəbrayıl rayonunda davam etdiriləcək.

Xatırladaq ki, itkin erməni hərbçilərin valideynləri, habelə digər doğmaları Qarabağda övladlarının axtarışlarından narazı qalıblar. Onlar bu səbəbdən dəfələrlə Ermənistanın Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Bu səbəbdən axtarışlarda itkin hərbçilərin yaxınları da iştirak edirlər.

Gununsesi.info