Ermənistan müdafiə nazirinin müşaviri həbs edildi

  • By Günel
  • 12 Avqust 2025 09:10

Ermənistan müdafiə nazirinin müşaviri Arşak Orduxanyan cinayətkar dəstə yaratmaq və mənimsəmə ittihamı ilə həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məsələ ilə bağlı Ermənistan İstintaq Komitəsindən yerli mediaya bildirilib:

“Bu şəxs barəsində Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (cinayətkar dəstə yaratmaq və ya ona rəhbərlik) və 257-ci maddənin 3-cü hissəsinin 1 və 3-cü bəndləri (cinayətkar dəstə tərəfindən külli miqdarda mənimsəmə) əsasında cinayət işi başlanıb”.

A.Orduxanyanın daha bir cinayət işi ilə üz-üzə olduğu və işin artıq məhkəməyə göndərildiyi qeyd edilib.

Gununsesi.info