Fransa hərbi büdcəsini xeyli artıracaq - Makron

  • Müəllif: Firuzə
  • 15 Yanvar 2026 23:05

Fransa 2027-ci ilə qədər hərbi büdcəsini 64 milyard avroya çatdırmaq niyyətindədir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Prezident Emmanuel Makron ölkənin cənubundakı İstr aviabazasında hərbçilərin qarşısında çıxış edərkən məlumat verib.

O xatırladıb ki, bu hədəf əvvəllər 2030-cu il üçün müəyyən edilmişdi: “İndi isə məqsəd 2027-ci ilə qədər illik büdcənin 64 milyard avroya çatdırılmasıdır”.

Fransanın hərbi xərcləri hazırda 50.5 milyard avro təşkil edir. Makronun Fransa prezidenti seçildiyi 2017-ci ildə müdafiə xərcləri 32.3 milyard avro olub.

Gununsesi.info