Fransa İranın Azərbaycan ərazisinə dronla zərbə endirməsinə reaksiya verib.
Gununsesi.info -nun xəbərinə görə, Fransa XİN-nin yaydığı bəyanatda deyilir:
“Fransa bu səhər Azərbaycanda Naxçıvan Beynəlxalq Hava Limanına yönəlmiş İran dronlarının hücumunu ən qəti şəkildə pisləyir. Fransa hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır.
Bu əsassız hücuma qarşı Azərbaycanla tam həmrəyliyini bildirir; bu hücum Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır’.












