Hazırda Fransa siyasi gündəmində böhran müşahidə olunmaqdadır.
Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Sözügedən məsələyə səbəb kimi parlamentdə çoxlu partiyalı və parçalanmış quruluşu, büdcə və maliyyə məsələlərini, çoxsaylı hökumət dəyişmələri və.s kimi məsələləri misal gətirmək olar.
Belə ki, 2024-cü ilin qanunverici seçkisindən sonra Fransa Milli Assambleyası üç əsas blok arasında bölündü: sol koalisiya, Mərkəz və sağ kökündə olan Radikal Sağ.
Üstəlik, eyni müddət ərzində bir neçə baş nazir dəyişib, hökumətlər ya düşüb, ya da mandatlarını yerinə yetirə bilməmiş hökumətlər olub.
Digər tərəfdən, dövlət borcu, büdcə kəsirsizliyi və maliyyə qaydalarına riayət etmək tələbləri (xüsusilə Avropa Birliyi çərçivəsində) hökumətə ciddi təzyiq göstərir.
Bütün bunlardan əlavə, populyar etimadın aşağı olması və sosial gərginliklər də əsasdır.
Belə demək olarsa, Prezident Macron və hökumətinə olan dəstək aşağı düşüb. Xalq arasında məmnuniyyətsizlik ictimai xidmətlər, vergi və sosial siyasətlər, həmçinin hökumətin qeyri-sabitliyi səbəbilə artıb. Bu da siyasi aktorlar üzərindən təzyiqləri gücləndirir.
Ən nəhayətində isə ideoloji uçurum və kompromis imkanlarının daralması da buraya aiddir. Çünki sol və sağ arasında sərt siyasi xəttlər mövcuddur.
Elmar
Gununsesi.info













