Fransanın eks-prezidenti həbs edildi - SARKOZİ KORRUPSİONER İMİŞ

  • By admin
  • 01 Mart 2021 18:36

Fransanın sabiq prezidenti Nikolya Sarkozini Paris məhkəməsinin hökmü ilə 3 il müddətinə həbs edilib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Sarkozi korrupsiyada təqsirli bilinib.

Cəza müddətinin 2 ili şərti təyin edilib. Yəni Sarkozi cəzasının 1 ilini həbsxanada, qalan 2 ilini isə şərti olaraq çəkəcək.

Nikolya Sarkozinin adı real həbs müddəti almış ilk eks-prezident kimi Fransa tarixinə düşüb.

Gununsesi.info