Fundamental azadlıqlarından istifadə etdikləri üçün həbs edilənlər azad edilsin - ABŞ SƏFİRLİYİ

ABŞ -ın Azərbaycandakı səfirliyi səfir Mark Libbinin həbsdə olan jurnalistlərin vəkilləri ilə görüşü barədə açıqlama yayıb.

Gununsesi.info-ya verilən açıqlamada deyilir:

“Martın 29 da Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Mark Libbi Azərbaycanda saxlanılan jurnalistləri təmsil edən vəkillərlə görüşüb.

Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir və Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə, həbs edilən bütün şəxsləri azad etməyə çağırır”.

 

 

Gununsesi.info