Gəncədə dəhşətli QƏTL

  • By admin
  • 26 May 2021 17:02

Bu dəqiqələrdə Gəncə şəhəri “Abbas Səhhət adına şəhər poliklinikası” qarşısında dəhşətli qətl hadisəsi baş verib.

Gununsesi.info-nun əməkdaşının verdiyi xəbərə görə, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Qafar Amanov keçmiş həyat yoldaşı Gülay Amanovanı öldürüb.

Belə ki, keçmiş həyat yoldaşının küçədə qarşısını kəsən Qafar Amanov Gülayın ürək nahiyəsinə bıçaq zərbəsi endirib. Zərbə nəticəsində Gülay Amanova hadisə yerindəcə keçinib.

Qafar Amanovun polislər tərəfindən saxlanıldığı bildirilib.

Gununsesi.info