Gəncədə itkin düşən 37 yaşlı şəxs tapıldı

  • By ilhame
  • 16 Aprel 2024 21:42

Bir gün əvvəl Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlunun itkin düşməsi ilə bağlı məlumat yayılıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bu gün 37 yaşlı Həsənov Osman evlərinə qayıdıb.

Qeyd edək ki, Osman Həsənov üç gündür ki , yoxa çıxmışdı.

Yaxınlarının bildirdiyinə görə, onun psixoloji durumunu nəzərə alaraq, Osmanla harada olması ilə bağlı söhbət etməyiblər.

Gununsesi.info