Gəncədə 3 uzunömürlü səs verəcək

  • By Günel
  • 24 Yanvar 2025 08:02

Gəncə 39 saylı ikinci seçki dairəsində bələdiyyə seçkilərində 3 uzunömürlü seçici səs verəcək.

Gununsesi.info xəbər verir ki, dairədə bələdiyyə seçkilərində səsvermə hüququ olan ən yaşlı 3 seçicinin 98 yaşı var.

Ümumilikdə isə dairədə 80-100 yaş arası 777 seçici səsvermə hüququna malikdir.

Dairədə 36 məntəqə fəaliyyət göstərir, 84 namizəd qeydə alınıb.

Qeyd edək ki, bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.(“Report”)

Gununsesi.inf0