Göldə 40 yaşlı kişinin meyiti tapıldı

  • Müəllif: Orxan
  • 25 Yanvar 2025 17:48

Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, meyit rayonun Yergüc kəndi yaxınlığında bağ sahəsindəki göldə aşkarlanıb.

Tapılan meyitin Ağyazı kənd sakini 1985-ci il təvəllüdlü Ələsgər Müseyib oğlu Bayramova məxsus olduğu məlum olub.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info