Goranboyda 43 yaşlı qadın dəm qazından zəhərləndi

  • Müəllif: Firuzə
  • 05 Aprel 2026 10:15

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini 1983-cü il təvəllüdlü T.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 43 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info