“Gürcüstanda demokratiyanı və demokratiyanın tərəqqisini, eləcə də ölkənin NATO və Avropa birliyinə inteqrasiyasını sarsıdan hər hansı bir hərəkətdən qaçınmaq lazımdır.”
Gununsesi.info xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
Mark Rutte Gürcüstan hökumətini bütün gürcülərin maraqlarına cavab verən sülh və sabitliyi təşviq etmək üçün hər şeyi etməyə çağırıb:“Şiddət xəbərləri dərin narahatlıq doğurur və mən bunu birmənalı şəkildə qınayıram. Gürcüstan hökumətini sülh və sabitliyi təşviq etmək üçün hər şeyi etməyə çağırıram və düşünürəm ki, bu, bütün gürcülərin xeyrinədir”.
O, qeyd edib ki, NATO demokratiyaya, dəyərlərə, azadlığa və demokratiyaya hörmətə əsaslanan alyansdır: “Mən qəti şəkildə inanıram ki, bu dəyərlər bizim kollektiv sülhün və rifahımızın əsasıdır. Hazırda görürəm ki, bütün müttəfiqlər Gürcüstanda demokratiyanı, demokratiyanın inkişafını və ölkənin. NATO və Avropa birliyinə inteqrasiyasını sarsıdan hər hansı bir hərəkətdən qaçınmaq lazım olduğunu açıq şəkildə bildirirlər. Gürcüstan hökumətini bir neçə il əvvəl seçdiyi yolda qalmağa çağırırıq.
Günel