Gürcüstanda azərbaycanlı ailəyə silahlı basqın – ölənlər və yaralılar var

  • By admin
  • 21 İyul 2021 11:12

Gürcüstanın Marneuli yrayonunun azərbaycanlıların yaşadığı Yuxarı Saral kəndində qətl hadisəsi baş verib.

Silahlı şəxs bir ailəyə basqın edib.

Hadisə zamanı iki nəfər ölüb, digər iki nəfər isə ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Silahlı insidentin səbəbi hələ məlum deyil.

Qətli törədən şəxsin artıq saxlanıldğı bildirilir.