Gürcüstanda Covid-19 cərimələri ləğv edildi

  • By admin
  • 29 Avqust 2021 22:48

 

Gürcüstan hökuməti COVİD-19 pandemiyası səbəbindən elan edilən karantin rejiminin pozulmasına görə vətəndaşlara yazılmış cərimələri silib.
Gununsesi.info bildirir ki, bu barədə ölkənin baş naziri məlumat verib.
Hökumətin qərarı ilə 245 min fiziki şəxs və 344 min hüquqi şəxs bu cərimədən azad edilib.

Azərbaycanda isə Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev isə açıqlama verib ki, karantin rejimi qaydalarını pozduğuna görə cərimə olunanlar cərimələri ödəməsələr axtarışa veriləcəklər.

Onun sözlətinə görə, cərimələrin ödənməsi üçün ədliyyə orqanları da prosesə cəlb olunacaq.

Günay

Gununsesi.info