YAP-çı deputat Şuşaya şeir həsr etdi

  • By admin
  • 30 Avqust 2021 00:40

Milli Məclisin deputatı Musa Urud Şuşanın azadlığına həsr edilən şeir yazıb.

Gununsesi.info deputatın “Qayitdıq” adlı şeirini təqdim edir:

QAYITDIQ

Qırx dörd gün şərəfə şan qovuşdurdu,
Gecəni səhərə dan qovuşdurdu,
Bizi qəm ayırdı, qan qovuşdurdu,
Hər daşı qibləgah Şuşam, qayıtdıq!

Pənah xan şəhəri, pənahım şəhər,
Son arzum, ümidim, son ahım şəhər.
Qarşında çoxsa da günahım, şəhər,
Nə pərvanə döndü, nə şam, qayıtdıq

Salam, Cıdır düzü, İsa bulağı,
Topxana meşəsi, qoca Kirs dağı.
Salam, Gövhərağam, pirim, ocağım,
Uca minarəsi qoşam, qayıtdıq.!

Qürurla yellənsin üç rəng bayrağın
Ocağın gur yansın, artsın növrağın.
Gözün aydın olsun, Vətən torpağı,
Zəfərin mübarək, Paşam, qayıtdıq.

Gununsesi.info