Gürcüstanın Avropa İttifaqındakı səfiri istefa verdi

  • By admin
  • 21 Mart 2021 19:06

Gürcüstanın Belçika Krallığı və Lüksemburqdakı səfiri, Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri Natalia Sabanadze vəzifəsini tərk edib.

Gununsesi.info Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə o, şəxsi facebook səhifəsində yazıb.

N.Sabanadze bu vəzifələrdə səkkiz ilə yaxındır çalışdığını bildirib:

“8 ildir Gürcüstanı Brüsseldə təmsil edirəm və Avropa Birliyindəki missiyamıza rəhbərlik edirəm. Bu mənim üçün böyük bir şərəf və məsuliyyət idi. Peşəkar və ya mənəvi cəhətdən uğurlarla yanaşı çətinliklərlə dolu bir missiyadır. Bu gün bu səhifəni çevirməyin zamanı yetişib”.

Keçmiş səfir Gürcüstanın Avropa gələcəyinə inandığını qeyd edib.

Gununsesi.info