“Lufthansa” Almaniyadan Azərbaycana aviareysləri bərpa edəcək

  • By admin
  • 21 Mart 2021 17:54

“Lufthansa” hava yolları şirkəti Frankfurt-Tbilisi-Bakı müntəzəm marşrutu üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır.

Bu barədə “Sputnik” məlumat  yayıb.

Məlumata əsasən, təyyarə reyslərinin iyun ayının 1-dən etibarən həyata keçiriləcəyi gözlənililir. Uçuşların həftənin çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günlərinə təsadüf edəcəyi bildirilir.

Xatırladaq ki, ölkəmizdə karantin məhz iyunun 1-dək uzadılıb.

Gununsesi.info