Həndbol çempionatı: “Qarabağ” “Azəryol”a qalib gəlib

  • By ilhame
  • 21 Aprel 2024 11:12

Kişi həndbolçular arasında Azərbaycan çempionatında XVII turun oyunu keçirilib.

 

Gununsesi.info Federasiyadan verilən məlumata görə, turun maraqlı qarşılaşmalarından birində çempionluq uğrunda yarışan “Azəryol”la “Qarabağ” komandaları üz-üzə gəliblər.

 

“AHF Arena”da keçirilən görüşün favoriti sayılan “Azəryol” meydana lider “Kür”lə 2 xallıq fərqi aradan qaldırmaq üçün çıxmıb. İlk “dördlük”də qərarlaşan “Qarabağ” isə turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq əzmində idi.

 

Gərgin və maraqlı mübarizə ilə yadda qalan qarşılaşmanı “Qarabağ” 35:34 (18:18) hesablı qələbə ilə başa vurub.

Gununsesi.info